XƏBƏRLƏR

“Zəfərdən zəfərə dalğalanan bayrağım” adlı tədbir təşkil edilib.

“Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi Müdafiə Nazirliyi Hərb Tarixi Muzeyi və Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin birgə təşkilatçılığı ilə 
“Zəfərdən zəfərə dalğalanan bayrağım” adlı tədbir təşkil edilmişdir.Tədbiri giriş sözü ilə açan Suraxanı Rayonu İcra Hakimiyyətinin baçısı Əziz Əzizov keçirilən tədbir barədə danışaraq, qeyd etdi ki, ötən il sentyabrın 27-dən başlayan, işğal altındakı ərazilərimizin azad edilməsi ilə nətəcələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə çevrilmişdir. 44 günlük Vətən müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı. Haqq savaşımız Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq. Tədbirdə daha sonra çıxış edən Əfqanıstan, I və II Qarabağ Müharibəsi veteranı, Müdafiə Nazirliyi Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi polkovnik Əzizağa Qənizadə Vətən Müharibəsindən ətraflı məlumat vermişdir. Daha sonra tədbirdə Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin icraçı direktoru Zamin Zeynal çıxış edərək qeyd etdi ki, Sosial tərəfdaşlarıyla bu cür vətənpərvər ruhda birgə təşəbbüsü reallaşdıqmaqda məqsəd Ali Baş Komandan İlham Əliyevin respubilkamızda Vətənpərvərliyin təbliği yönümündə gördüyü uğurlu işlərə vətəndaş cəmiyyəti dəstəyi verməkdir. Zamin Zeynal 44 günlük haqq savaşı dövründə Ali Baş Komandan İlham İliyevin qeyd etdiyi kimi Dəmir yumruq kimi möhkəm olaraq, birlik, həmrəylik nümayiş etdirərək  xalq- iqtidar birliyi fonunda gənclərin torpaqlarımızı azad edilməsi ilə bağlı könüllü ön cəbhəyə getməklə bağlı istəklərindən, ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların Ölkə başçısının ətrafında sıx şəkildə birləşməsinin tarixi qələbə Zəfərinin əldə edilməsində müstəsna rolundan bəhs etdi.Bildirdi ki, Şəhid ailəsinə, Qazilərə, müharibə iştirakçılarına diqqət və qayğı göstərmək, mənəvi dəstək olmaq hər bir Azərbaycan vətəndaşının borcudur. İcraçı direktor müqəddəs Şəhidlərimizin keçdikləri qəhrəmanlıq yolunun yeni nəsilə təbliğ edilməsi istiqamətində bu sayaq birgə vətənpərvər ruhda maarifləndirici tədbir və layihələrin əhəmiyyətindən danışdı. Döyüş xatirələrini Müqəddəs Vətən Müharibəsi qəhramanları, qazilər də tədbir iştirakçıları ilə bölüşmüşdürlər.

Tədbirdə Vətən Müharibəsi zamanı müzəffər Azərbaycan ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində, düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi nümayiş olunmuşdur. Tədbir bədii hissə ilə davam etmişdir. Sonda xatirə fotoları çəkilmişdir.

Xəbərlər