XƏBƏRLƏR

Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin sədr əvəzi Qalib Əliyev: "Qlobal Bakı Forumundan gözlənti Ümumbəşəri dəyərlərə hörmət, dünyəvi məsələrdə Birlik və Həmrəylikdir."

Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumuna diqqət çəkərək deyə bilərik ki, Azərbaycan xalqı yaxşı başa düşür ki, 2020-ci ilin birinci yarısında ölkəmizin sosial-iqtisadi prioritetləri xeyli dərəcədə dəyişərək, insanların sosial müdafiəsinə və sağlamlığına hesablanmış tədbirlərin üstünlük qazanmasına doğru istiqamətləndirilmişdir. Bununla belə, Prezident İlham Əliyevin məqsədyönlü idarəçilik bacarıqları sayəsində 2020-ci ilin ötən dövrü ərzində həm koronavirusla mübarizə sahəsində mühüm nailiyyətlər qazanılmış, həm də sosial-iqtisadi inkişafın dayanıqlığı, səmərəliliyi təmin edilmiş, mühüm nəticələr əldə olunmuşdur.

Azərbaycan xalqı yaxşı başa düşür ki, 2020-ci ilin birinci yarısında ölkəmizin sosial-iqtisadi prioritetləri xeyli dərəcədə dəyişərək, insanların sosial müdafiəsinə və sağlamlığına hesablanmış tədbirlərin üstünlük qazanmasına doğru istiqamətləndirilmişdir. Bununla belə, Prezident İlham Əliyevin məqsədyönlü idarəçilik bacarıqları sayəsində 2020-ci ilin ötən dövrü ərzində həm koronavirusla mübarizə sahəsində mühüm nailiyyətlər qazanılmış, həm də sosial-iqtisadi inkişafın dayanıqlığı, səmərəliliyi təmin edilmiş, mühüm nəticələr əldə olunmuşdur.

Prezident İlham Əliyevin dəfələrlə səsləndirdiyi və uğrunda mübarizə apardığı dayanıqlı iqtisadi müstəqillik siyasəti üzərində qurulmuş davamlı siyasi müstəqillik prinsipi ölkəmizə həmişə güc-qüdrət vermiş, yaşadığımız qlobal böhranlardan Azərbaycan Respublikasının dünyanın əksər ölkələri ilə müqayisədə minimum itkilərlə çıxmasına şərait yaratmışdır. Pandemiya dövrünün xüsusi çətinliklər yaratdığı və yeni öhdəliklər meydana çıxardığı indiki məsuliyyətli mərhələdə Azərbaycan Respublikasının dünyanın heç bir beynəlxalq maliyyə qurumunun yardımına, dəstəyinə ehtiyac duymadan bütün problemlərin daxili imkanlar hesabına həll edilməsinə nail olması Prezident İlham Əliyevin böyük qələbəsidir.

Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin liderlik missiyasının təntənəsi, müstəqil dövlətimizin qələbəsidir.

44 günlük Vətən müharibəsi dövründə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyə dövləti adından bu çətin sınaq günlərində qardaş ölkənin bütün imkanları ilə Azərbaycanın yanında olmağa hazır olduğunu, "Biz Azərbaycanı qətiyyən tək qoymarıq” qərarını açıq şəkildə bəyan etməsi sözün böyük mənasında əsl qardaşlıq nümunəsidir. Bu, Ulu Öndər Heydər Əliyevin vaxtilə Azərbaycan-Türkiyə münasibətləri haqqında böyük uzaqgörənliklə ifadə etdiyi "Bir millət, iki dövlət” düsturunun nə demək olduğuna hərbi and səviyyəsində qardaş ölkə tərəfindən verilmiş birmənalı cavabın əks-sədasıdır. Bu, bir neçə il əvvəl Çexiya Respublikasında keçirilmiş bir beynəlxalq toplantıda Türkiyə Cümhuriyyətinin nümayəndəsinin iştirak etmədiyi halda qardaş ölkənin ünvanına bəyanatlar səsləndirilərkən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətlə ifadə etdiyi "Bu gün Türkiyə burada yoxdur, mən varam” kimi əsl qardaşlıq mövqeyinin ən zəruri məqamda bu dəfə Türkiyə tərəfindən yenidən meydana qoyulmasının real nümunəsidir.  İlk saatlardan Türkiyənin rəsmi qurumları bu məsələ ilə bağlı Azərbaycanın haqlı mövqeyini müdafiə etdilər, açıqlamalar verdilər. Dünən Prezident tərəfindən çox önəmli açıqlama verildi. Ondan əvvəl Müdafiə naziri, Xarici İşlər naziri, Prezident Administrasiyasının nümayəndələri, deputatlar, ictimai fəallar. Bir daha bütün dünya, Türkiyə və Azərbaycan xalqları gördülər ki, biz əsl qardaşıq. Yaxşı günlərdə də, ağır günlərdə də bir-birimizin yanındayıq. Yəqin ki, həm Türkiyə vətəndaşları, həm də Azərbaycan vətəndaşları mənim dəfələrlə dediyim sözləri xatırlayırlar və görürlər ki, mən nə qədər haqlı idim deyəndə ki, dünya miqyasında Türkiyə ilə Azərbaycan qədər bir-birinə yaxın olan ikinci bir ölkə yoxdur.

44 günlük Vətən müharibəsinin başlanması və tarixi Zəfərlə yekunlaşması hər şeydən əvvəl Azərbaycan Respublikasının siyasi rəhbərliyinin və Azərbaycan xalqının tükənməz Vətən sevgisi və sıx birliyiilə əlaqədardır. Məhz bu iki amil Vətən müharibəsinin başlanmasını və cəmi 44 gün ərzində düşmənin diz çökərək məğlub olduğunu etiraf etməsini zəruri etdi. Müstəqilliyimizin bərpasından keçən 30 il ərzində ölkəmizin iqtisadi qüdrəti daim yüksəlmiş və regionun lider dövlətinə çevrilmişdir. İqtisadiyyatın əsasını təşkil edən neft gəlirlərinin məqsədyönlü və düzgün paylanması, ordu quruculuğunda aparılan nəhəng işlər, hərbi kadrların hazırlığı, ordunun ən müasir döyüş vasitələri ilə silahlanması, yeni döyüş taktikasının tətbiqi, habelə müharibə aparmaq üçün lazım olan digər tədbirlərin vaxtında və yüksək səviyyədə təşkili Qarabağ məsələsinin müharibə yolu ilə həllinə böyük zəmin yaratdı. Eyni zamanda bu problemin sülh yolu ilə həllində Ermənistanın pozuculuq fəaliyyəti və Ermənistanın Baş nazirinin “Qarabağ Ermənistandır və nöqtə” deməsi Vətən müharibəsini qaçılmaz etdi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” şüarı isə Azərbaycan xalqı tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanaraq dillərdə əzbər oldu və xalqımız bu fikrin reallaşdırılacağı günü səbirsizliklə gözləyirdi. Bütün bunlar ölkəmizin siyasi rəhbərliyinin, ordusunun və xalqının, xüsusən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı uzaqgörən siyasəti nəticəsində formalaşan gənclərin Vətən sevgisini və birliyini daha da möhkəmləndirdi və 44 günlük Vətən müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə başa çatdı.

44 günlük Vətən müharibəsində qazandığımız qələbədən sonra ölkəmizin qarşısında duran ən mühüm vəzifə işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işlərinin müasir tələblərə cavab verən yüksək kefiyyətdə və qısa müddətdə həyata keçirilməsidir. 30 ilə yaxın erməni işğalı altında olan ərazilərə baxış keçirilərkən dünyada tayı-bərabəri olmayan vandalizmin baş verdiyi məlum olmuşdur. Belə ki, həmin ərazilərdə dünyaya özünü “yazıq, əzilən xalq” kimi göstərən ermənilərin bir dənə də olsun binanı salamat saxlamadıqlarını, hər yerdə və hər şeyi darmadağın edərək məhv etdiklərini, ərazini başdan başa minaladıqlarını bütün dünya gördü.

Bununla yanaşı 44 günlük müharibədən sonrakı dövrdə Azərbaycanda şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının sosial müdafiəsi Prezident İlham Əliyevin həyata keçirdiyi daxili siyasət kursunun prioritet istiqamətidir. Bu kateqoriyadan olan insanlara daim qayğı və diqqət göstərilir. Xüsusilə, 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın  ailələrinin, yaralanan, zərər çəkən mülki vətəndaşların da sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı silsilə fərman və sərəncamlar imzalanıb.

Bütün bunların davamı olaraq  Prezident İlham Əliyevin 25 yanvar 2021-ci il tarixli “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı həmin kateqoriyadan olan əhali qruplarına dövlət başçısının xüsusi qayğısının növbəti təzahürüdür.

Xəbərlər