XƏBƏRLƏR

Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin dəstəyilə Şəhid Həkimlərimizin ailələrinə mənəvi dəstək istiqamətində tədbir keçirildi.

Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin dəstəyilə Şəhid Həkimlərimizin ailələrinə mənəvi dəstək istiqamətində tədbir keçirildi.

Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Azərbaycan Tibb Universiteti, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin birgə təşkilatçılığı ilə 44 günlük Vətən Müharibəsində Şəhid olmuş 18 həkimin xatirəsinə həsr olunmuş tədbir keçirildi.

Tədbirdə Müdafiə Nazirliyinin rəsmiləri, Tibb Universitetinin rəhbərliyi, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin idarə heyəti, tanınmış ictimaiyyət nümayəndələri iştirak edərək çıxış etdilər.

Çıxış edənlər 44 günlük Vətən müharibəsi dövrünə nəzər salaraq Müzəffər Ali Baş Komandan, Preziden İlham Əliyevin rəhbərliyi altında fədakarlıq göstərmiş Azərbaycan ordusunun Erməni silahlı birləşmələri tərəfindən istila edilmiş Qarabağ torpaqlarımızın düşməndən azad edilməsində göstərdikləri tarixi qələbə Zəfərindən bəhs etdilər. Natiqlər qeyd etdilər ki, 44 günlük haqq savaşında qəhrəmancasına vuruşaraq Şəhid olmuş Şəhidlərə və onların ailələrinə diqqət və dəstək göstərmək hər bir Azərbaycanlının vətəndaşlıq borcudur.

Qurum rəsmiləri bildirdilər ki, 44 günlük müharibə zamanı öz peşə fəaliyyətlərini şərəflə yerinə yetirərkən Şəhidlik zirvəsinə ucalmış həkimlərizin əziz xatirəsi ehtiramla anılaraq örnək kimi yeni nəsilə təbliğ edilməlidir.

Tədbirlə bağlı Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin icraçı direktoru Zamin Zeynal Jurnalistlərə açıqlamasında bildirdi ki, bu cür milli, vətənpərvər ruhlu tədbirləri keçirməkdə məqsəd qüdrətli dövlət Başçısı, Ali Baş Komandan Cənab İlham Əliyevin Şəhidlərə və onların ailələrinə diqqət və qayğı yönümündə gördüyü məqsədyönlü uğurlu fəaliyyətə ictimai dəstək olmaqla yanaşı, milli birlik, həmrəylik nümayiş etdirməkdir.

Zamin Zeynal onu da vurğuladı ki, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi tərəfindən Dövlət, QHT, Özəl sektor tərəfdaşlığı və əməkdaşlığı fonunda milli, Vətənpərvər əzimdə, ictimai, siyasi, mənəvi dəstək yönümlü idea və təşəbbüslər, tədbir və layihələr gələcəkdə də davam etdiriləcək.

Xəbərlər