STRUKTUR

1.ÜMUMİ MÜDDƏALAR

1.1. “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyi (bundan sonra – Birlik adlandırılacaq) ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvlərinin arasında bölməyən qeyri-hökümət təşkilatıdır və fəaliyyəti bütün ölkə ərazisini əhatə edir.

1.2. Birlik öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, «Qeyri-hökümət təşkilatları (ictimai birliklər və fondlar) haqqında» Azərbaycan Respublikasının Qanunu, digər normativ-hüquqi aktlar və bu Nizamnamə əsasında həyata keçirir.

1.3. Birlik dövlət qeydiyyatına alındığı vaxtdan hüquqi şəxs statusu qazanır.

1.4. Birliyin hüquqi ünvanı: Azərbaycan Respublikası, Bakı şəhəri, 6-cı mikrorayon, S.Məmmədova küçəsi, ev 203 B, mənzil 47.

2. BİRLİYİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ

2.1. Birliyin fəaliyyətinin əsas məqsədi müharibədə əlil olmuş insanların sosial problemlərinin həllinə kömək etməkdən ibarətdir.

2.2. Birlik məqsədlərə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir: • üzvlərinin hüquq və mənafelərinin qorunmasına kömək etmək; • üzvlərinin və onların övladlarının ali təhsil almalarına yardım göstərmək; • üzvlərinin aztəminatlı hissəsinə maddi yardım etmək; • üşaqların vətənpərvərlik ruhunda böyüməsinə kömək etmək; • ictimaiyyətin müharibədə əlil olmuş insanlara qayğı göstərməsi ilə bağlı maarifçilik işləri aparmaq; • müharibədə əlil olmuş insanların müalicəsinə kömək etmək.

2.3. Bu Nizamnamədə nəzərdə tutulmuş vəzifələri həyata keçirmək üçün Birlik: • elmi araşdırmalar aparır, müxtəlif kurslar və seminarlar, dəyirmi masa və görüşlər, sərgilər təşkil edir, konfranslar, xeyriyyə və sair tədbirlər keçirir; • Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanları və bələdiyyələri ilə əməkdaşlıq edir.

2.4. Birlik Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin və bələdiyyələrin seçkisində iştirak edə bilməz.

3. BİRLİYİN HÜQUQLARI

Birlik aşağıdakı hüqulara malikdir: • öz adından əqdlər bağlamaq, əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh kimi çıxış etmək; • fəaliyyəti barədə məlumatı sərbəst yaymaq; • Azərbaycan Respublikasının ərazisində və xaricdə filial və nümayəndəliklərini təsis etmək; • banklarda hesablar açmaq və hesablaşmalar aparmaq; • müstəqil balansa, üzərində adı yazılmış möhürə və digər rekvizitlərə malik olmaq; • qanunvericiliklə qadağan edilməyən və nizamnamə məqsədlərinə uyğun olan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq; • Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hüquqlardan istifadə etmək.

Sədr: Qurban Məmmədov

Sədr müavini: Məcid Məmmədov

İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi: Rəfil Mustafayev

Gənclərlə iş şöbəsinin rəisi: Məhəmməd Məmmədov